Rəsmi: “Qəbələ” kapitanla yollarını ayırdı

“Qəbələ” Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləni yeniləməyib.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.

Sabiq kapitan “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub. O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button