“Real” italiyalı müdafiəçi üçün hərəkətə keçdi

“Real” “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorini transfer etmək istəyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “kral klubu” italiyalı futbolçuya maraq göstərməklə kifayətlənməyib və artıq onun nümayəndələri ilə birbaşa əlaqə yaradıb. 24 yaşlı müdafiəçi Madrid təmsilçisinin transfer siyahısında prioritet namizədlərdən biri hesab olunur.

Daha əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, yaxın vaxtlarda “Real”ın baş məşqçisi olacağı gözlənilən Joze Mourinyo da Kalafiorinin transferində maraqlıdır. Portuqaliyalı mütəxəssis futbolçunu “Roma”dakı fəaliyyəti dövründən yaxşı tanıyır.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Kalafiorinin bazar dəyəri hazırda 55 milyon avro təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button