
Rəsmi: “Sabah” kapitanı ilə vidalaşdı
“Sabah” kapitanı Amin Seydiyevlə yolları ayırıb.
Bu barədə Komanda.az-a Bakı klubunun mətbuat xidmətindən bildirlib.
27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.
“Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə kuboku qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Amin Seydiyev 2020-ci ildən “Sabah”da oynayırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



