
“Fənərbaxça”da prezidentliyə namizəddən Levandovskiyə 20 milyon avroluq təklif
“Fənərbaxça”nın prezidentliyinə namizəd Hakan Safi seçki öncəsi böyük rezonans doğuran addım atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Safi komandanı gücləndirmək üçün “Bayern” və “Barselona”nın keçmiş hücumçusu Robert Levandovskiyə rəsmi təklif göndərib. Təklifə görə, forvardın illik maaşı 20 milyon avro təşkil edəcək.
37 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra klubdan ayrıldığı bildirilir. Onun xidmətində Səudiyyə Ərəbistanı klublarının da maraqlı olduğu qeyd olunur.
Levandovski hazırda təklifi nə qəbul edib, nə də rədd edib. Bildirilir ki, o, “Fənərbaxça”dakı prezident seçkilərinin nəticəsini gözləyə bilər.
Polşalı forvard 2025/26 mövsümündə 46 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



