“Milan” “sükan”ı ona tapşırmaq istəyir
Son olaraq “Arsenal”da çalışan Unay Emeri karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Milan”ı çalışdıra bilər. “Qırmızı-qaralar”ın rəhbərliyi ispan mütəxəssisi komandanın hazırkı baş məşqçisi Stefano Piolinin ideal əvəzləyicisi kimi düşünür.
Emeri keçən ilin noyabrında “Arsenal”la yollarını ayırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin