Vlahoviç “Yuventus” rəhbərliyi ilə həlledici görüş keçirəcək

“Yuventus”un hücumçusu Duşan Vlahoviçin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaxın saatlarda aradan qalxa bilər.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, serbiyalı forvard Turin klubunun rəhbərliyi ilə həlledici görüş keçirəcək. Tərəflər bu görüşdə yeni müqavilə ilə bağlı razılığa gəlməyə çalışacaqlar. Ancaq hazırkı vəziyyətdə ən real ssenari futbolçunun azad agent kimi klubdan ayrılması hesab olunur.

Xəbərdə bildirilir ki, Vlahoviçin əsas hədəfi karyerasını “Barselona”da davam etdirməkdir. Onun artıq xidmətini Kataloniya klubuna təklif etdiyi və komandada demək olar ki, istənilən rola razı olduğu vurğulanır.

Bununla belə, “Barselona” rəhbərliyi və baş məşqçi Hans-Diter Flik 26 yaşlı futbolçunun transferini hazırda prioritet hesab etmir. Klub əvvəlcə Xulian Alvares (“Atletiko”), Markus Reşford (“Mançester Yunayted”) və Harri Keynlə (“Bayern”) bağlı vəziyyətə aydınlıq gətirmək niyyətindədir.

Beləliklə, Vlahoviçin “Barselona” arzusunun gerçəkləşib-gerçəkləşməyəcəyi həm “Yuventus”la danışıqların, həm də Kataloniya klubunun yay transfer planlarının nəticəsindən asılı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button