“Milan” onun üçün rəsmi təklif gözləyir

“Milan”ın futbolçusu Frank Kessi İtaliyadan ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə “Vest Hem” klubu danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisinin yaxın zamanda Kessi üçün “Milan”a rəsmi təklif göndərəcəyi bildirilir.

2019-cu ilin yayından “Milan”da forma geyinən Kessinin müqaviləsi 2022-ci ilin iyuluna qədərdir. Yarımmüdafiəçi bu mövsüm A Seriyasında 15 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button