Almaniya millisinin yeni rekordçusu

Almaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Şimai İrlandiyanı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüş Almaniya yığmasının üzvü Serj Qnabri üçün əlamətdar olub. Belə ki, oyunda het-trik edən hücumçu, millidə keçirdiyi ilk 13 oyunda 13 qol vurub.

Qnabri bununla da, yığmada 13 qol səddinə ən tez çatan oyunçu olub. O, Miroslav Klozenin rekordunu qırıb. Keçmiş hücumçu ilk 13 oyununda 11 qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button