
“Mən mütləq “qızıl top” mükafatının favoritləri arasındayam”
“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn bu il “qızıl top” mükafatını qazanmaq şanslarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard bunu söyləyib:
“Mən mütləq “qızıl top” mükafatının favoritləri arasındayam. İngiltərə millisi dünya çempionatını qazanarsa, əlbəttə ki, ingilis oyunçunun “qızıl top”u qazanacağını təsəvvür edə bilərsiz”.
2026-cı il dünya çempionatında İngiltərə millisi L qrupunda Qana, Panama və Xorvatiya yığmaları ilə oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



