Bundesliqanın lideri 3 xalı 4 qolla qazandı
Almaniya Bundesliqasında 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Maynts” və “Köln” komandaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə sevinib.
“Bavariya” bu turda “Yunion”u qəbul edib və çətin qələbəyə sevinib. Dortmund “Borussiya”sı isə çətin “Şalke” səfərinə yollanıb. Bu görüşdə qapılara qol vurulmayıb.
16 xalla turnir cədvəlinə başçılıq edən “Borussiya” (Münhenqladbax) doğma azarkeşləri qarşısında Frankfurt “Ayntraxt”ını qəbul edib. Altı qolluq qarşılaşmadan inamlı qələbə ilə ayrılan meydan sahibləri zirvədəki mövqelərini qoruyublar.
Almaniya Bundesliqası, 9-cu tur
25 oktyabr
Maynts – Köln 3:1
Qol: Boetius, 21. Kayson, 57. Öztunalı, 82 – Terodde, 14.
26 oktyabr
Bavariya – Yunion 2:1
Qol: Pavar, 13. Levandovski, 53 – Polter, 86-pen.
Frayburq – Leyptsiq 2:1
Qol: Hofler, 45+2. Petersen, 90 – Klostermann, 90+2.
Herta – Hoffenhaym 2:3
Qol: Lukebakio, 55. Kalu, 69 – Lokadiya, 33. Kramariç, 38. Hubner, 79.
Paderborn – Fortuna 2:0
Qol: Sabiri, 43. Şonlau, 64.
Şalke – Borussiya D 0:0
Bayer – Verder 2:2
Qol: Ö.Toprak, 4-öz qapısına. Alario, 58 – Raşiça, 40. Klaassen, 48.
27 oktyabr
Volfsburq – Auqsburq 0:0
Borussiya M – Ayntraxt 4:2
Qol: Turam, 28. Vendt, 45+2. Elvedi, 75. Zakaria, 85 – Da Kosta, 59. Hinteregger, 79.
Bombardir: Robert Levandovski (Bavariya) – 13 qol.
Bizi Facebook-da izləyin