
Tonali rəsmən “Tottenhem”də
İtaliyalı yarımmüdafiəçi Sandro Tonali “Nyukasl”dan “Tottenhem”ə keçib.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Tonali yeni klubunda 16 nömrəli formanı seçib.
Daha əvvəl 26 yaşlı futbolçunun “Tottenhem”lə müqaviləsinin müddətinin 2032-ci ilə qədər davam edəcəyi bildirilirdi. Tonalinin yeni klubundakı maaşı mövsümdə 12 milyon avro olacaq. Bu transfer “Tottenhem” üçün rekorddur və kluba 117 milyon avroya başa gəlib.
Tonali 2023-cü ildən “Nyukasl”da çıxış edirdi. O, müddət ərzində 110 oyunda meydana çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



