“TNS-lə matça çox yaxşı hazırlaşmışıq” – “Sabah”ın futbolçusu

“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında sabah TNS-lə (Uels) qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Konfransda iştirak edən komandanın serbiyalı yarımmüdafiəçisi Velko Simiç də fikirlərini bölüşüb:

“Biz həqiqətən çox yaxşı təlim-məşq toplanışı keçirdik. Öz oyun üslubumuza köklənmişdik. Biz həqiqətən öz oyunumuzu düşünürük. Sabahkı matça çox yaxşı hazırlaşmışıq”.

Oyun iyulun 7-də, “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button