
Dambrauskas: “Hər kəsi əmin edirəm ki, sabah əlimizdən gələni edəcəyik”
“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında sabah TNS-lə (Uels) qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis onları böyük bir məsuliyyət gözlədiyini bildirib:
“Hər birinizi salamlayıram. Yeni mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Bizi böyük bir məsuliyyət gözləyir. Azərbaycanı layiqincə təmsil etmək istəyirik. İki həftəlik toplanışımız oldu. Demək istəyirəm ki, tam olaraq hazırıq. Düzdür, nəticəni biz təyin etmirik. Amma hər kəsi əmin edirəm ki, sabah əlimizdən gələni edəcəyik.
Deyə bilərəm ki, təlim-məşq toplanışımızda çox möhtəşəm şərait yaradılmışdı. Həqiqətən, yaxşı meydançalarda hazırlaşdıq. 21 gün hazırlıq keçdik. Mən istəyərdim ki, 25-26 gün olsun. Amma tam əminliklə deyə bilərəm ki, çox yaxşı hazırlaşmışıq. Düşünürəm ki, biz bir addım öndəyik.
Hazırda detallara varmaq istəməzdim. Futbolçularıma kifayət qədər təlimatlarımı vermişəm. TNS çox təcrübəli komandadır. Hər oyunda qol vururlar, hər fürsəti dəyərləndirməyə çalışırlar. Ona görə də, biz öz oyunumuz haqda fikirləşirik. Çünki bura Çempionlar Liqasıdır. Bu cür turnirdə iştirak böyük məsuliyyət tələb edir”.
Oyun iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



