
Bundesliqa klubu “Liverpul”un hücumçusu üçün danışıq aparır
“Liverpul”un hücumçusu Kodi Qakpo “Bayern”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun əsas transfer hədəfində “Milan”ın futbolçusu Rafael Leao ilə yanaşı, niderlandlı hücumçu da var. Klubun idman direktoru Maks Eberl hər iki oyunçunun nümayəndələri ilə danışıqlar aparır. Lakin bu transferlərdən hansısa biri 70 milyon avrodan çox başa gələcək və buna görə də, Bundesliqa klubu sövdələşmələri tamamlamaq üçün kimisə satmalı olacaq.
Qakpo bu mövsüm bütün yarışlarda 49 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



