
“İnter” danimarkalı oyunçunun xidmətində maraqlıdır
“Latsio”nun yarımmüdafiəçisi Qustav İsaksen karyerasını İtaliyanın başqa komandasında davam etdirə bilər.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, danimarkalı vingerin xidmətində “İnter” maraqlıdır.
Milan klubunun rəhbərliyi yay transfer pəncərəsində İsaksenin transferini rəsmiləşdirməyi planlaşdırır. Romalılara gəlincə, “qartallar” 24 yaşlı yarımmüdafiəçi üçün təxminən 40 milyon avro ödəyəcəkləri təqdirdə, onunla ayrılmağa hazırdır. O, “Latsio”ya 2023-cü ilin yayında Danimarkanın “Midtyulland” klubundan keçib.
İsaksen bu mövsüm Roma komandasının heyətində 39 matçda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



