Deşam Fransa millisindən ayrılacağı vaxtı açıqladı

Didye Deşam dünya çempionatından sonra Fransa millisinin baş məşqçi postunu tərk etmək qərarını açıqlayıb.

Komanda.az RMC-ya istinadən xəbər verir ki, fransalı çalışdırıcı nə vaxtsa bunun baş verməli olduğunu bildirib:

“2026-cı il Fransa millisinin “sükanı arxasıında” sonuncu olacaq, o zaman müqaviləm başa çatır. O an hər şey dayanacaq. Nə vaxtsa bu baş verməlidir.

Qarşıdakı matçlar? Fransa millisinin ən yüksək səviyyədə çıxış etməsi üçün bundan sonra da eyni istək və həvəslə çalışacam. Ancaq 2026-cı il ayrılmaq üçün mükəmməldir. Niyə işləməyə davam etmirəm? Təbii ki, hər şey qaydasındadırsa, heç vaxt bitməsini istəmirik, amma “dur” deməyi bacarmalıyıq”.

Deşam Fransa millisinə 2012-ci ildən rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button