
Deşam: “Fransa millisinin səssiz azarkeşi olacam”
Fransa millisinin baş məşqçi postundan ayrılan Didye Deşam komandanın yeni çalışdırıcısı olacaq Zinəddin Zidan barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Ona qarşı heç bir pis niyyətim yoxdur. Fransa millisi və xələfim üçün mümkün olan ən yaxşı nəticəni istəyirəm. Potensial var. Zidanla işləmək sayəsində inkişaf edəcək çox istedadlı futbolçular var. Fransa millisinin ən yüksək səviyyədə qalması üçün bütün şərait mövcuddur. Daha əvvəl də dediyim kimi, mən Fransa millisinin səssiz azarkeşi olacam”.
Zinəddin Zidanın Fransa yığmasında işə sentyabrın 1-də başlaması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



