Dadaşovun komandası yeni mövsümdə ilk dəfə uduzdu
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Duysburq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Münster klubu 3 turdan sonra 4 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin