Qasperiniyə yeni müqavilə təklif olunacaq

“Atalanta” baş məşqçi Can Pyero Qasperiniyə yeni müqavilə təklif etməyə hazırdır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Berqamo təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssislə sözləşmənin müddətini 2025-ci ilə qədər uzada bilər.

Qasperininin İtaliya klubu ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

“Atalanta” ölkə çempionatında 2022/23 mövsümünü 64 xalla 5-ci pillədə bitirib. Onlar qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button