“Atalanta”nı “Milan”a dəyişəcək

“Milan” “Atalanta”nın qapıçısı Marko Sportiellonu transfer etməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” transferi iyun ayında rəsmi şəkildə açıqlayacaq. O, azad agent kimi “rossonyerlər”in düşərgəsinə keçəcək.

“Milan” sözügedən futbolçunu ehtiyat qapıçı kimi nəzərdən keçirir. Komandanın əsas qapıçısı Mayk Menyan zədəli duruma düşsə, Sportiello onu əvəz edəcək.

Marko Sportiello cari mövsümdə “Atalanta”nın heyətində 13 matça çıxıb, 16 qol buraxıb. 31 yaşlı qolkiperin Berqamo təmsilçisi ilə sözləşməsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button