Dadaşov darmadağına qolla töhfə verdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Düren”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının üçüncü qolunu da 88-ci dəqiqədə penaltidən dəqiq yararlanan Dadaşov vurub.
“Şalke”nin ikinci komandası 8 turdan sonra 13 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin