Ufuk Budak oynamadı, komandası darmadağına üzüldü
Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:4.
Ufuk bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Boluspor” hazırda 46 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin