İsgəndərlinin komandasına qələbə üçün 1 qol bəs etdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Keçiörengücü” 34 turdan sonra 41 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button