Mourinyo: “Mən harada və nə üçün olduğumu bilirəm”
“Roma”nın baş məşqçisi Joze Mourinyo komandası ilə nəyə nail olacağına dair sualı cavablandırıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi, “Roma”da balans yaratmağa çalışdığını deyib:
“Mən harada və nə üçün olduğumu bilirəm. Komandada balans yaratmağa çalışıram. Ağıllı olmaq, klub üçün şəxsiyyət və davamlılıq yaratmaq lazımdır. “Roma” uğur qazanmalıdır”.
Mourinyo 2021-ci ildən “Roma”nın “sükanı arxasında”dır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin