“Kalyari”dən əzmkar qələbə
Futbol üzrə İtaliya A Seriyasında 21-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun əksər görüşləri ilk oyun gününə təsadüf edib.
Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Milan” bu turda səfərdə “Venetsiya”nın qonağı olub və darmadağına sevinib. “Napoli” “Sampdoriya”nı minimal hesabla üstələyib. “İnter” isə “Latsio”nun müqavimətini çətinliklə qırıb.
Turun mərkəzi görüşündə “Yuventus” səfərdə “Roma” ilə üz-üzə gəlib. 7 qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi əzmkar qələbəyə sevinib.
“Fiorentina” səfərdə “Torino” ilə qarşılaşıb. Turin təmsilçisi doğma meydanda 4 cavabsız qolla qalib gəlib.
Sonuncu oyun günündə “Kalyari” doğma meydanda “Bolonya” üzərində qələbəyə sevinib.
İtaliya A Seriyası, 21-ci tur
9 yanvar
Venetsiya – Milan 0:3
Qol: İbrahimoviç, 2. T.Hernandes, 48; 59.
Empoli – Sassuolo 1:5
Qol: Henderson, 16 – Berardi, 13-pen. Raspadori, 24; 71. Skamakka, 67; 90+2.
Napoli – Sampdoriya 1:0
Qol: Petanya, 43.
Udineze – Atalanta 2:6
Qol: Djimsiti, 59-öz qapısına. Beto, 88 – Paşaliç, 17. Muriel, 22; 76. Malinovski, 43. Mehle, 89. Pessina, 90+2.
Cenoa – Spetsiya 0:1
Qol: Bastoni, 14.
Roma – Yuventus 3:4
Qol: Abraham, 11. Mxitaryan, 48. Pelleqrini, 53 – Dibala, 18. Lokatelli, 70. Kuluşevski, 72. De Şiliyo, 77.
İnter – Latsio 2:1
Qol: Bastoni, 30. Şkrinyar, 67 – İmmobile, 35.
Verona – Salernitana 1:2
Qol: Lazoviç, 63 – Dyuriç, 29. Kastanos, 70.
10 yanvar
Torino – Fiorentina 4:0
Qol: Sinqo, 19. Brekalo, 23; 31. Sanabriya, 58.
11 yanvar
Kalyari – Bolonya 2:1
Qol: Pavoletti, 71. Pereyro, 90+4 – Orsolini, 54.
Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 16 qol.
Bizi Facebook-da izləyin