Mourinyo dubl edən futbolçuya buts alacaq
“Roma” İtaliya A Seriyasının 13-cü turunda “Cenoa”nı məğlub edib – 2:0.
Komanda.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Joze Mourinyo sözügedən oyunda dubl edən Feliks Afena-Qyana 800 avroluq buts alacağını deyib. Bu barədə portuqaliyalı mütəxəssis İtaliya mətbuatına açıqlamasında bildirib:
“Feliksə “Cenoa” ilə oyunda qol vurarsa, ona bahalı olan – 800 avroluq buts alacağıma söz vermişdim. Qoldan sonra yanıma gəldi və sözümü unutmamağımı dedi. Sabah ilk işim ona buts almaq olacaq”.
18 yaşlı Feliks “Roma”nın əsas komandasıyla 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin