“Fənərbaxça”nın hücumçusu sıradan çıxdı

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Sərdar Dursun zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqanın ilk turunun “Adana Dəmirspor”la matçının ikinci hissəsində zədələnən Sərdarın körpücük sümüyündə sınıq müəyyən edilib və müalicəsinə başlanılıb.

“Adana Dəmirspor” – “Fənərbaxça” matçı qonaqların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button