Ufuk Budak Super Liqa klubuna qarşı 45 dəqiqə oynadı

Türkiyənin “Boluspor” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi TFF 1-ci liqa təmsilçisi Super Liqada mübarizə aparan “Kasımpaşa” ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. İlk yarıda iki qol buraxan Bolu klubu son 10 dəqiqədə buraxılan topların əvəzini çıxa bilib.

Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi fasilədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button