“Başakşəhər”in yarımmüdafiəçisi “Fənərbaxça”ya keçdi
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa nəhəngi Türkiyənin sonuncu çempionu “Başakşəhər”dən yarımmüdafiəçi İrfan Can Kahvecini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələ açıqlanmır.
Türkiyə mətbuatının iddiasına görə “Fənərbaxça” bu transfer qarşılığında öz oyunçularından Tolqa Cigerci və Deniz Türüçü transfer hüquqları ilə birgə “Başakşəhər”ə göndərəcək. Üstəlik, məbləği açıqlanmayan təzminat da nəzərdə tutulub.
Qeyd edək ki, İrfan Can Kahveci 2017-ci ildən “Başakşəhər”də çıxış edirdi. Türkiyə yığmasının da üzvü olan 25 yaşlı mərkəz müdafiəçisi daha öncə yetirməsi olduğu “Gənclərbirliyi” və “Hacettepe”də də forma geyinib.
Bizi Facebook-da izləyin