Emre Canda koronavirus aşkarlandı – Derbini buraxacaq
Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Emre Canda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Türk əsilli alman futbolçunun koronavirus testi müsbət nəticələndiyi üçün dərhal karantinə alınıb. Onda xəstəliyin heç bir simptomuna rast gəlinmədiyi diqqətə çatdırılıb.
Emre Can bu səbəbdən Bundesliqanın 5-ci turu çərçivəsində “Şalke” ilə ev oyununda komandasına kömək edə bilməyəcək. Sabah baş tutacaq Rur derbisinə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin