UEFA ilin peşəkar klubunu seçdi

UEFA “Grassroots Football Awards”ın 2021/22 mövsümü üçün Avropada ilin peşəkar klubu mükafatının sahibini açıqlayıb.

Komanda.az UEFA-ya istinadən xəbər verir ki, futbol qurumu bu mükafata İspaniya klubu “Atletik”i layiq görüb.

“Atletik” təmsilçisi cəmiyyətdəki roluna sadiqliyini nümayiş etdirən sosial tapşırığın icrasına görə bu mükafata layiq görülüb. 

Eyni zamanda, qiymətləndirmədə klubun gənc oyunçularla apardığı böyük iş və qurulmuş bütün məşq sistemi nəzərə alınıb.

Bilbao təmsilçisinin mükafata layiq görülməsi ilə bağlı UEFA prezidenti Aleksander Çeferin də fikrlərini bildirib: 

“UEFA “Grassroots” mükafatlarının qaliblərini seçmək xoş və ruhlandırıcı işdir. O bütün qitədəki milli assosiasiyaların və klubların idmandan çox-çox böyük təsirini və diqqətəlayiq layihələrini əhatə edir”.

“Grassroots Football Awards” mükafatı 2010-cu ildən təqdim edilir.