“Seriyanı davam etdirmək istəyirdik” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyun haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Gərgin oyun idi. Evdə, azarkeşlərimizin qarşısında seriyanı davam etdirmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm idilər. Ən vacib anda 12-ci oyunçuya çevrildilər. Maksimum çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. İstədiklərimizi yavaş-yavaş da olsa, görə bilirik. Yaxşı qələbə idi. Bundan sonra daha da çətinləşir. “Qəbələ”yə də uğurlar arzu edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button