
“Sabah” – “Neftçi” oyununda rekord qeydə alınıb
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” oyununda (1:1) azarkeş rekordu qeydə alınıb.
Komanda.az xəbər verir ki, oyunu 6600 tamaşaçı stadiondan izləyib ki, bu da ölkə kubokunun cari mövsümünün ən yüksək göstəricisidir.
Oyuna gələnlər arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



