Mbappe: “Çempionlar Liqasını qazanacağımıza ümid edirik”

PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransalı hücumçu, Paris təmsilçisinin çıxışını dəyərləndirib:

“Hər oyun daha inkişaf etməliyik. Hədəfimiz Çempionlar Liqasını qazanmaqdır və bunun üçün çalışacağıq. Son iki ildə PSJ çox güclənib. Rəhbərlik qətiyyətli davranır. Buna görə də, komanda ümidləri doğrultmağa borcludur.

Bu mövsümün bizim üçün daha uğurlu olmasını istərdim. Çempionlar Liqasını qazanacağımıza ümid edirik. Komandada hər kəs bunun xəyalını qurur”.

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın “Real” komandası ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button