Fransa Futbol Federasiyasının prezidenti keçmiş futbolçunu qınadı

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo Paraqvay yığmasının sabiq qapıçısı Xose Luis Çilavertin Fransa millisi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Çilavert dünya çempionatının 1/8 finalında Paraqvay millisinin Fransa yığması ilə oyunundan əvvəl rəqibi “Afrika milli komandası” adlandırıb. Bu ifadə yığmanın futbolçularının mənşəyinə işarə kimi qiymətləndirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Diallo, sabiq futbolçunun sözlərini pisləyib:

“Çilavertin Fransa millisinə qarşı irqçi açıqlamalarını ən sərt şəkildə pisləyirəm”.

Fransa yığması Paraqvay millisinə 1:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button