“Marsel”də yeni baş məşqçi – Rəsmi

“Lill”in sabiq baş məşqçisi Bruno Genesio karyerasını “Marsel”də davam etdirəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 59 yaşlı fransalı mütəxəssis “Marsel”in çalışdırıcısı təyin olunub.

Genesionun son iş yeri Fransanın digər təmsilçisi “Lill” olub. O, 2025/2026 mövsümünün başa çatmasının ardından komandadan ayrılmışdı.

“Marsel” ötən mövsüm Liqa 1-də 59 xal toplayaraq, turnir cədvəlini 6-cı pillədə başa vurub. Komanda yeni mövsümdə UEFA Avropa Liqasında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button