“Biz Çempionlar Liqasını və ya Premyer Liqanı qazanan “Çelsi” deyilik” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının mövsümün əvvəlindəki uğursuz nəticələrindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gələcək üçün nəsə etmək istədiklərini bildirib:

“Çelsi olduğumuz üçün hər oyunda qalib gəlməliyik? Bəli. Amma biz Çempionlar Liqasını və ya Premyer Liqanı qazanan “Çelsi” deyilik. Lakin zaman keçdikcə biz gələcək üçün nəsə etməyə çalışırıq”.

51 yaşlı argentinalı mütəxəssis bu yaydan “Çelsi”ni çalışdırır. “Zadəganlar” onun rəhbərliyi altında 7 oyun keçirib, iki dəfə qalib gəlib, iki dəfə heç-heçə edib, üç dəfə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button