“Monako” millinin üzvünü transfer edir

Cari mövsümdə uğursuz çıxış edən “Monako” qış transfer pəncərəsi dövründə heyətini gücləndimək niyyətindədir.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bordo”nun hücumçusu Fransua Kamanonu transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Monako”nun 22 yaşlı qvineyalı oyunçu üçün 15 milyon və 3 milyon avro bonus təklif edəcəyi bildirilir.

Kamano da Tyerri Anrinin rəhbərlik etdiyi komandaya keçməyə müsbət yanaşır.

2016-cı ildə “Bastiya”dan “Bordo”ya 2,5 milyona avroya keçən Kamanonun klubuyla 2020-ci ilə qədər müqaviləsi var. Qvineyalı futbolçu cari mövsümdə 30 oyunda iştirak edərək, 11 qol vurub. Kamano 23 dəfə də Qvineya millisinin şərəfini qoruyub.

“Monako” Liqa 1-də 18 turdan sonra 13 xalla 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button