
“Milan” əzmkar qələbəyə sevindi
İtaliya A Seriyasında 16-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Verona” evdə “Bolonya”ya, “Komo” isə “Milan”a uduzub.
Hazırda 46 xala malik “İnter” vahid liderdir. “Milan” 43 xalla ikinci, “Napoli” 40 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”la “Roma”nın 39 xalı var.
İtaliya A Seriyası
16-cı tur
15 yanvar
Verona – Bolonya 2:3
Qollar: Orban, 13. Freuler, 71-öz qapısına – Orsolini, 21. Edqor, 29. Kastro, 44.
Komo – Milan 1:3
Qollar: Kempf, 10 – Nkunku, 45-pen. Rabyo, 55; 88.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



