“Oyunboyu vaxt uzatmağa çalışırdıq” – “KuPS”un baş məşqçisi

“KuPS” (Finlandiya) bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “KupS”un baş məşqçisi Miika Nuutinenin mətbuat konfransı keçirilib. Finlandiyalı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çox yaxşı oynadılar. Müdafiə olunmağa məcbur idik. Rəqibin çoxsaylı qol fürsətləri oldu. Amma düşünürəm ki, şansımız var. Bir həftə sonra evdə sərfəli nəticə qazanmağa çalışacağıq.

Demək istərdim ki, rəqib çoxlu sayda qol fürsətləri yaratdı. Amma 0:1 hesablı məğlubiyyət onu deməyə əsas verir ki, şansımız var. Mərhələdən qopmamışıq. Şanslarımızdan yararlanmağa çalışacağıq. Bu hesab ev oyunu öncəsi bizim üçün münasibdir. Oyunboyu vaxt uzatmağa çalışırdıq. Çünki evə sərfəli hesabla qayıtmağı düşünürdük”.

“KuPS” – “Sabah” duelində cavab qarşılaşması bir həftə sonra Finlandiyada keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button