“Bu tərz oyunlardan həzz alıram” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, müdafiədə diqqətli olmalı olduqlarını söyləyib:

“Bu tərz oyunlardan həzz alıram. “Atletiko” qarşısında azarkeşlərimizlə birlikdə futboldan zövq almaq, əylənmək istəyirik.

“Mançester Yunayted”i 5:0 hesabıyla məğlub etməyimiz nəyisə dəyişmir. Bu, o demək deyil ki, hər şey yaxşıdır. “Brayton”la matçdakı 2:2 hesablı nəticə də hər şeyin pis olduğunu göstərmir. Ümumilikdə, müdafiəmizi gücləndirməli, daha diqqətli olmalıyıq. “Atletiko” ilə matçda yaxşı oynayacağımızı düşünürəm.

İlk oyunda “Atletiko”ya qarşı pis oynamadıq. İmkanlarımız oldu. Daha sonra “Atletiko” qollar vuraraq, geridönüş etdi. Madriddə atmosfer inanılmaz idi. Üçüncü qolumuzdan sonra rəqibin futbolçusu Antuan Qrizmann qırmızı vərəqə aldı. Həqiqətən, hər iki tərəf üçün çətin oyun keçmişdi”.

Bu gün keçiriləcək “Liverpul” – “Atletiko” matçı saat 00:00-da başlayacaq. Tərəflər arasında Madriddə baş tutan qarşılaşmada “Liverpul” 3:2 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button