
“Liverpul” ABŞ millisinin üzvü ilə maraqlanır
“Fulhem”in müdafiəçisi Antoni Robinson yay transfer pəncərəsində klubunu tərk edə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, ABŞ millisinin üzvü olan futbolçuya “Liverpul” maraq göstərir.
“Qırmızılar” Robinson uğrunda mübarizədə “Mançester Yunayted”lə rəqabət aparmağa hazırdır.
28 yaşlı müdafiəçinin “Fulhem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



