
“Nottingem Forest” yeni baş məşqçisini açıqladı – Rəsmi
“Nottingem Forest” baş məşqçi postuna Oliver Qlasnerin gətirildiyini rəsmən açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstriyalı mütəxəssis bu postda Vitor Pereyranı əvəzləyib. Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.
50 yaşlı çalışdırıcı son olaraq “Kristal Pelas”ı çalışdırıb. O, London təmsilçisi ilə İngiltərə kuboku, superkuboku və Konfrans Liqasını qazanıb. Bundan əvvəl isə Frankfurt “Ayntraxt”ı ilə Avropa Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



