“Tottenhem”in futbolçusu saxlanıldı

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Denni Rouz polis tərəfindən saxlanılıb.

Komanda.az xəbər verir ki, ingilis müdafiəçi dünən axşam avtomobiliylə qəza keçirib. Rouzun özü xəsarət almasa da, avtomobilinə ziyan dəyib. Northempton polisi futbolçunu təhlükəli idarəetmədə günahlandırıb.

Əlavə araşdırmanın aparılması üçün Rouz polis bölməsində nəzarətdə saxlanılıb.

Rouz qəza törədən zaman komandası İngiltərə Liqa kubokunun 1/4 final mərhələsində “Stok Siti” ilə qarşılaşırdı. Görüş “Tottenhem”in 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button