
Hindistanlı milyarder “Liverpul”un səhmlərini almaqdan imtina edib
Hindistanlı milyarder Amit Bhatia “Liverpul”un səhmlərini almaq planından imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 20 ildir “Kuins Park Reyncers”in səhmdarlarından olan Bhatianın “qırmızılar”ın sahibi “Fenway Sports Group” ilə danışıqlar apardığı təsdiqlənib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.
“Financial Times” nəşri “Liverpul”un ümumi dəyərini 6 milyard funt sterlinqdən çox qiymətləndirir. Komanda 2025/26 mövsümündə Premyer Liqanı 5-ci pillədə başa vurub.
Amit Bhatia polad sənayesində sərvət qazanan milyarder Lakşmi Mittalın kürəkənidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



