PSJ-nin bəzi futbolçuları Poçettinonu bəyənmir

Fransanın PSJ klubunda futbolçuların bəziləri baş məşqçi Maurisio Poçettinonun işindən narazıdır.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, futbolçuların bəzilərinin argentinalı mütəxəssisin matçlara yanaşmasından, oyun fəlsəfəsindən razı olmadığı bildirilib.

PSJ Fransa çempionatında son 5 matçın 1-də qələbə qazanıb. Paris təmsilçisi Liqa 1-də 20 turdan sonra 47 xalla liderdir.