“Beşiktaş” “Bayern”in qapıçısı üçün təklif göndərib

“Beşiktaş” “Bayern”in qapıçısı Aleksander Nübeli transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu futbolçu üçün “Bayern”ə 5 milyon avro və əlavə 5 milyon avro bonus təklif edib. “Beşiktaş”ın artıq 29 yaşlı qolkiperlə şəxsi şərtlərdə razılıq əldə etdiyi bildirilir.

Daha əvvəl Münhen klubunun Nübeli 10-15 milyon avroya satmağa hazır olduğu və oyunçu ilə “Mançester Siti” ilə “Yuventus”un da maraqlandığı qeyd edilib.

Nübel 2025/26 mövsümündə Bundesliqada 34 oyunda meydana çıxıb və 49 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button