Fransa klubundan 25 milyon avroluq transfer

Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Fransanın digər klubu “Anje”nin yarımmüdafiəçisi Ceff Ren-Adelaidi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Lionlular bu keçidə görə “Anje”yə 25 milyon avro ödəyiblər. Bonuslarla bu məbləğin 27,5 milyon avroya çatması nəzərdə tutulub. “Anje” bu futbolçunun gələcəkdəki satışından da 15 faiz gəlir əldə edəcək.

2015-2018-ci illər aralığında London “Arsenal”ına məxsus olsa da, bu komandada heç bir oyun keçirməyən Ren-Adelaid 2018-ci ildən “Anje”nin uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button