“Əlimizdən gələn hər şeyi etdik” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının İspaniya kubokunun 1/8 finalında “Atletiko”ya uduzmasını (2:4) və turnirlə vidalaşmasını şərh edib. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını bildirib:

“Çox yaxşı oynadıq, sona qədər çalışdıq, döyüşdük. Səhvlərimiz də oldu. Uduzmağa layiq deyildik. Əlimizdən gələn hər şeyi etdik. “Atletiko” da bizim kimi sona qədər mübarizə apardı”.

“Real” ötən mövsümün final oyununda “Osasuna”nı 2:1 hesabı ilə məğlub edərək İspaniya kubokunu qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button