“Çelsi”dən “Liverpul”la heç-heçə

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, bu gün 4 belə görüş baş tutub.

“Bornmut” evdə “Brayton”a, “Lester Siti” isə “Aston Villa”ya məğlub olub. “Lids” – “Nottingem Forest” görüşündə isə meydan sahibləri qalib gəliblər.

“Çelsi” də “Liverpul”u qəbul edib. Uğursuz mövsüm keçirən bu komandalarının görüşündə hesab açılmayıb.

İngiltərə Premyer Liqası
4 aprel

7-ci tur

Bornmut – Brayton 0:2
Qol: Ferquson, 27. Enkiso, 90+1.

Lids – Nottingem Forest 2:1
Qol: Harrison, 20. Sinisterra, 45+1 – Manqala, 12.

Lester Siti – Aston Villa 1:2
Qol: Barnes, 35 – Uotkins, 24. Traore, 87.

8-ci tur

Çelsi – Liverpul 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button